25 Yanvar 2022

Assaka-Bakı marşrutu üzrə ilk konteyner blok qatarı Azərbaycana çatıb

Assaka-Bakı marşrutu üzrə ilk konteyner blok qatarı Azərbaycana çatıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC Özbəkistanın Assaka Logistika Mərkəzindən yola çıxan 50 konteynerdən ibarət ilk blok qatarının çatdırılmasını həyata keçirib.

Avtomobil hissələri ilə yüklənmiş 40 futluq konteynerlər Xocidavlat sərhəd stansiyasından keçərək Türkmənistanın Türkmənbaşı limanına, oradan isə Xəzər dənizi vasitəsilə Azərbaycanın Ələt limanına çatdırılıb.

Qatardakı yüklər Azərbaycanda minik avtomobili istehsal edən zavodlardan biri üçün nəzərdə tutulub.

Bu marşrut üzrə blok qatarlar müntəzəm olaraq hərəkət edəcək.