Törəmə şirkətlərimiz

ADY Ekspress

Azərbaycanın yaxın zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcəyini və ölkəmizin dəmir yolları üzrə yük daşıma xidmətlərinin müasir standartlara cavab verməli olduğunu nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC yeni struktur vahidi olan “ADY Ekspress” MMC-ni təsis edib.

“ADY Ekspress” ölkəmizdə yükdaşımaların həcminin artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir.

“ADY Ekspress” şirkətinin məqsədi Xəzər dənizi, Qara dəniz, Avropa, İran körfəzi, Mərkəzi Asiya və Uzaq Şərq regionlarının bütün sənayə sahələri üçün geniş həcmdə dəmir yolu daşımaları həyata keçirmək və logistika sahəsində əlverişli şəraitin, şəffaf mühitin yaradılmasına nail olmaqdır. Şirkətin başlıca hədəfi dəmir yolu daşımaları sahəsində müştərilərə sifarişə əsasən hazırlanmış, iqtisadi cəhətdən səmərəli və etibarlı logistika həll variantları təqdim etməklə, tarixi İpək yolunun dirçəlişini təmin edərək Asiya ilə Avropa arasında, eyni zamanda Fars körfəzi ilə Rusiya və Avropa ölkələri arasında tranzit yük daşımalarının həcmini artırmaqdır.

ADY Konteyner

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC dəmir yolu vasitəsilə yük daşımalarının keyfiyyətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi, konteyner daşımalarının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və səmərəli idarə olunması məqsədilə yaradılıb.

Azərbaycan Respublikasında olan bütün konteyner meydançaları və dəmir yolu konteyner daşımaları “ADY Konteyner” MMC tərəfindən idarə olunur. Öz fitinq platformalarına və müxtəlif təyinatlı konteynerlərə sahib olan “ADY Konteyner” MMC Sumqayıtda, Gəncədə, Astarada və Ələtdə yerləşən konteyner meydançlarında öz xidmətlərini göstərir. “ADY Konteyner” MMC-nin təkcə Bakı terminalı 10 000 kvadrat metrə yaxın sahəsi olan anqara, müxtəlif ölçülü konteynerlərə, iri tonnajlı kranlara, daşımaları çevik və təhlükəsiz həyata keçirmək üçün çoxsaylı texnikaya malikdir.

“ADY Konteyner” xidmətlərin əlçatan və çevik olması üçün sifarişçilərə onlayn xidmətlər göstərir.

“ADY Konteyner” MMC-nin əsas hədəfi logistika xidmətləri sahəsində şəffaflıq və sərfəli şərtlər təklif etməklə, Xəzər, Qara dəniz regionu, Avropa, Orta Asiya, Uzaq Şərq və Fars körfəzi ölkələrindən daşınan yüklərin həcmini artırmaqdır. Şirkət bütün növ nəqlyyat vasitələri – dəmir yolu, su, avtomobillərlə müxtəlif həcmdə konteynerlərlə yükdaşımalarda sifarişçilərə sərfəli və etibarlı xidmətlər göstərir.