Lokomotivlər

Azərbaycan Dəmir Yolları” QSC yük daşımaları sahəsində fəaliyyətini təkmilləşdirmək və genişləndirmək məqsədilə lokomotiv parkını yeniləməkdə davam edir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə ALSTOM Transport SA arasında bağlanmış müqaviləyə əsasında alınmış 40 ədəd dəyişən cərəyanlı AZ8A tipli elektrovoz Azərbaycana gətirilib.

Cəmiyyət tərəfindən 2015-ci ildən bu günədək 3 ədəd VL-10 seriyalı elektrovoz, 4 ədəd VL11m/6 seriyalı elektrovoz, 10 ədəd TE33A EVOLUTION seriyalı magistral teplovoz alınıb.

2015-ci ildən bu günədək 17 ədəd TEM-2 seriyalı manevr teplovozu, 8 ədəd ÇME-3 seriyalı manevr teplovozu və 4 ədəd TE10M seriyalı magistral teplovoz əsaslı təmir edilib.

Əlavə olaraq, 2020-ci ilin yanvar ayından bu günə kimi 4 ədəd TE10M seriyalı magistral teplovoz, 12 ədəd TEM-2 seriyalı və 3 ədəd ÇME-3 seriyalı manevr teplovozu əsaslı təmirə göndərilib.

Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan yük lokomotivlərinin istismar parkına 71 ədəd elektrovoz, 28 ədəd magistral teplovozu və 59 ədəd manevr teplovozu daxildir.

Məlumatların son yenilənməsi tarixi: 15 aprel 2022-ci il