“Azərbaycan Dəmir Yolları” QSC yük daşımaları sahəsində fəaliyyətini təkmilləşdirmək və genişləndirmək məqsədilə lokomotiv parkını müntəzəm şəkildə yeniləyir.
2024-cü ildə 11 ədəd TEM2 seriyalı manevr teplovozu, 4 ədəd TE10M seriyalı magistral teplovoz, 2 ədəd VL11 seriyalı elektrovoz ölkə xaricindəki müxtəlif zavodlara əsaslı təmirə göndərilib. TEM2 seriyalı manevr teplovozlarının 5-i əsaslı təmirdən sonra istismara verilib.