Konteynerlər

Azərbaycan dəmir yolları ilə konteyner daşımalarının həyata keçirilməsi məqsədilə müxtəlif təyinatlı konteynerlər mövcuddur. ADY-nin istifadəsində həmçinin iritonnajlı yükqaldırıcılar və avtokarlar var.

Hazırda balansda olan 753 konteyner vasitəsilə müxtəlif marşrutlar üzrə yükdaşımalar həyata keçirilir. Konteynerlərdən 178-i 20 futluq irihəcmli (20ft HC), 230-u 40 futluq irihəcmli (40ft HC), 345-i isə 45 futluq palet ölçülü irihəcmli (45ft HCPW) konteyner növünə aiddir.