Astara terminalı

Astara terminalının fəaliyyəti

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, qlobal ticarətin təşviqi istiqamətində 2017-ci ildə Astara terminalının inşasına start verilib.

Terminal İranın Astara şəhərində 35 ha ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km məsafədə yerləşir.

Tikintisi “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılan terminalın ərazisi İran höküməti tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib.

Astara terminalında yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir və 2022-ci ilin sentyabr ayından ADY-nin törəmə şirkəti olan “Astara Terminal” MMC tərəfindən aparılır.

Aşırılan yüklər:

-taxta və taxta məmulatları

-tikinti materialları (klinker, sement, qranit və mərmər daşlar, kafel)

-kimyəvi məhsullar

-dənli bitkilər (arpa, taxıl, buğda və mərci)

-meyvə-tərəvəzlər

-konservləşdirilmiş məhsullar

-qida məhsulları

-içkilər (alkoqolsuz)

Vaqon növləri:

-çən

-açıq və qapalı (örtülü)

-yarımvaqonlar

-soyuducular

-platformalar

-fitinq platformalar

-taxıldaşıyan konteynerlər

 

2018

2019

2020

2021

2022

2023

2024
(9 ay)

CƏMİ

211 789

376 393

422 451

350 940

467 922

692 403

589 338

 

Gələcəyə baxış:

Terminalın tikintisi tamamlandıqdan sonra yükaşırma gücünün illik 4 milyon tona çatdırılması nəzərdə tutulur.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əhəmiyyətli dərəcədə artmaqda olan yükaşırmaların operativ şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə 2024-cü ilin may ayından Azərbaycan ərazisində Astara Terminalı da fəaliyyətə başlayıb. 

Terminalda aparılmış rekonstruksiya işləri çərçivəsində yük anbarı müasir standartlara uyğun olaraq təmir edilib, əməliyyatların təhlükəsiz və dayanıqlı həyata keçirilməsi üçün zəruri texnikalarla təchiz olunub.

Gömrük nəzarəti altında terminala daxil olan yüklər aşırılaraq təyinatı üzrə sürətli şəkildə çıxarılır.