Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi əsasən Hindistan və Fars körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasını təmin edir. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsi və vaxtını iki-üç dəfə azaltmasıdır. Əgər dəniz yolu ilə Fars körfəzi və Hind okeanı, Süveyş kanalı, Aralıq dənizi, Baltik dənizindən keçərək Helsinki şəhərinə daşıma müddəti 45-60 gün təşkil edirsə, Şimal-Cənub dəhlizi ilə bu müddət 20-25 gündür.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlər görülür. Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolu artıq inşa edilib. Növbəti mərhələdə İran və Azərbaycan dəmir yollarının tam birləşdirilməsi üçün çatışmayan 167 km uzunluğundakı Astara-Rəşt dəmir yolunun tikintisi reallaşdırılacaq. Bütün işlər yekunlaşdıqdan sonra Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və şimaldan Fars körfəzinə qədər vahid dəmir yolu xətti formalaşacaq.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan Respublikası bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.
Rusiya üzərindən Avropaya yükdaşımalar həyata keçirilir, bu da Asiya ilə ticarəti gücləndirir.
Rusiya vasitəsilə Avropa və digər istiqamətlərə daşımalar davam edir.
Yüklər Azərbaycan ərazisindən dəmir yolu ilə Rusiya sərhədinə çatdırılır.
Yüklər dəmir yolu ilə İranın şimalına və Azərbaycan sərhədinə çatdırılır.
Yüklər gəmi ilə İranın Fars körfəzindəki limanlarına daşınır.
Dəhliz Hindistanın əsas limanlarından başlayır.