Yüklərin növləri

Tökmə və qalaq yüklər (kömür, filiz, meşə, inşaat, gübrə, taxıl)

Tökmə yüklərin daşınması yüklərin istənilən tərəfdən boşaldılmasına imkan verən qapalı (örtülü) və platforma vaqonlar, həmçinin müxtəlif növ yarımvaqonlarla həyata keçirilir ki, bu da xammal və inşaat yüklərinin daşınması üçün əlverişlidir. Taxıl və ya çınqıl daşı kimi tökmə yüklərin daşınmasında hopper vaqonlardan da istifadə edilir. Bu növ vaqonların alt hissəsində yükün sürətli boşaldılması üçün nəzərdə tutulmuş xüsusi lüklər mövcuddur.

Maye yüklər (neft, benzin, mazut, mayeləşdirilmiş qazlar, kimya sənayesi məhsulları)

Tezalışan və təhlükəli yüklər də daxil olmaqla maye yüklər sisternlərdə və bunker tipli vaqonlarda daşınır.

Maye yüklərə kimya sənayesinə aid maye məhsulları, neft məhsulları, mayeləşdirilmiş qazlar və s. daxildir.

Sistern seçimi daşınan yükün xüsusiyyətləri əsasında müəyyən edilir. Hər bir yük növü üçün xüsusi uyğunlaşdırılmış sisternlər mövcuddur. Bütün daşımalar ciddi təhlükəsizlik standartlarına uyğun həyata keçirilir.

Ağır sənayeyə aid hazır və yarımfabrikat məhsullar (boru, rels, metalyayan və s.)

Sənaye müəssisəsinin istehsalat prosesindən asılı olaraq daşınma istənilən vaqon növü ilə həyata keçirilə bilər. Vaqonlar yükləmə-boşaltma əməliyyatlarını, nəqliyyat və texnoloji əməliyyatları səmərəli şəkildə həyata keçirməyə imkan verən xüsusi konstruksiyaya malikdir.  Məsələn, dumpkarlar (özüboşaldan vaqonlar) yüklərin mexanikləşdirilmiş üsullarla və vasitələrlə boşaldılmasına və yüklənilməsinə imkan verir.

Böyük çəkisindən əlavə ağır sənaye məhsullarının parametrləri çox vaxt onları daşınma üçün əlverişsiz edir. ADY bu cür məhsulların daşınması üçün ixtisaslaşdırılmış nəqliyyat həlləri təmin edir.

Qabaritli, texnoloji cəhətdən mürəkkəb avadanlıqların daşınması diqqətli bir yanaşma tələb edir. Çox vaxt avadanlıqların uzun məsafələrə daşınması tələb olunur. Bəzən avadanlıqların lazımi yerə çatdırılması yalnız dəmir yolu ilə, bəzən isə bir neçə nəqliyyat növündən istifadə etməklə mümkündür.

Tezkorlanan yüklər

Tezkorlanan qida məhsullarının, ət və ət məhsullarının, dondurulmuş və ya soyudulmuş balıqların daşınması refrijerator vaqonlar və refrijerator konteynerlərlə həyata keçirilir. Dondurulmuş qida məhsullarının bu qaydada daşınması üçün mütləq şəkildə sanitar pasportu təmin edilir. Ətin refrijeratorlarla daşınması onun dadının, faydalı elementlərinin və xüsusiyyətlərinin tam qorunmasını təmin edir.

ADY tərəfindən ət, balıq, süd məhsulları, meyvə, tərəvəz, giləmeyvə, göbələk, çörək kimi yüklər daşınır.

Təhlükəli yüklər

Təhlükəli yüklər daşınma zamanı insanlar və ətraf mühit üçün təhlükə yaradan, həmçinin maddi zərər verə biləcək məhsullar, materiallar və maddələrdir.

Təhlükəli yüklərə aşağıdakılar aiddir:

- partlayıcı;
- təzyiq altında həll edilmiş, mayeləşdirilmiş və sıxılmış qazlar;
- oksidləşən,
- öz-özünə alışan,
- tezalışan,
- zəhərli,
- yoluxucu,
- radioaktiv,
- aşındırıcı və korroziyaedici maddələr.