Azərbaycan Dəmir Yollarının yükdaşıma müştəriləri tərəfindən tez-tez verilən suallar.
Bazarda fəaliyyət göstərən istənilən ekspeditor şirkətinə müraciət etmək mümkündür.
Müştəri ilə ekspeditor arasında əldə olunan razılıq əsasında ilkin və digər ödənişlər təyin olunur.
Müştəri sədrin adına yazdığı məktubu “Azərbaycan Dəmir Yolları” QSC -nin Yük daşımaları departamentinin Yük və kommersiya xidmətinin Planlama bölməsinin elektron poçt ünvanına (sifaris@ady.az) göndərə bilər.
Yükün vaqona yerləşdirilməsi üçün müştəri və ya onun nümayəndəsi Yük və kommersiya xidmətinin əməkdaşı tərəfindən müvafiq ədəbiyyat və təlimatlarla tanış edilib daha sonra sorğu-sual edilərək peşə bilik səviyyəsi yoxlanıldıqdan sonra sınaq aktını əldə edir.
Yükün vaqona yüklənməsi zamanı aşağıdakı xərclər yarana bilər:
1. Ümumi istifadə yollarında:
- vahid stansiya yığımı
2. Qeyri-ümumi istifadə yollarında:
- vaqondan istifadə haqqı (özəl vaqonlar istisna olmaqla)
- vaqonların stansiyada verilib-götürülməsi zamanı yaranan xərclər.
QU-22 kommersiya aktıdır. Nasaz vaqonda, nasaz plomblarla və ya yolüstü stansiyaların plombları ilə gələn vaqonda, eləcə də itirilmə, oğurlanma, xarabolma və ya zədələnmə ilə gələn yükün kütləsinin və ya sayının vəziyyəti yoxlanılaraq QU-23 formalı akt tərtib edilir. Bunun əsasında yükü yükalana təhvil vermək üçün QU-22 formalı kommersiya aktı hazırlanır.
Yaddaş vərəqəsi vaqonların növündən asılı olmayaraq ümumi və qeyri-ümumi istifadə yollarında yük əməliyyatlarının aparılması zamanı əmələ gələn stansiya xərclərinin hesablanması üçün yük qəbul-təhvilçisi tərəfindən tərtib olunan sənəddir.
Müştəri ilə ekspeditor şirkəti arasında bağlanmış müqaviləyə əsasən konkret daşıma sifarişi üzrə daşıma haqqının ödənişini təsdiq etmək üçün ekspeditor tərəfindən təsis edilmiş koddur.
Yük daşımaları departamentinin Yük və kommersiya xidmətinin Ekspeditorlarla iş bölməsində istifadə olunan sistem tərəfindən avtomatik müəyyən edilən nömrədir.
Müştəriyə yükdaşıma stansiyalarında yük əməliyyatlarının həyata keçirilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ayrılan koddur. Yükgöndərən şirkətin adının MDB dövlətlərinin Baş Hesablama Mərkəzinin klasifikatoruna yük göndərilməsini və qəbulunu həyata keçirmək məqsədi ilə əlavə olunması üçün istifadə olunur.
Müştəri ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında qarşılıqlı hesabatların həyata keçirilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müştəriyə ayrılan koddur.
Yük göndərilən zaman marşrut üzrə daşımada iştirak edən dəmiryol administrasiyalarının öz əraziləri üzrə yükün hərəkətinə icazə verilməsini təmin edən mərkəzləşdirilmiş və avtomatlaşdırılmış sistemdir.
Sınaq aktı yükün vaqona yerləşdirilməsi üçün yükgöndərəndən (və ya onun nümayəndəsindən) tələb olunan sənəddir. Sınaq aktı 1 il müddətinə verilir.
Əsas sənədlər, yəni SMQS blankları Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının beynəlxalq dəmir yolu yükdaşımaları haqqında sazişində göstərilən nəqliyyat sənədləridir.
Qoşma sənədlər aidiyyəti qurumlar tərəfindən tələb olunan sənədlərdir. Məsələn, fitosanitar sertifikat, ixrac deklarasiyası, invoys, qablaşdırma siyahısı və s.