19 Dekabr 2022

“ADY Express”in yeni saytı istifadəyə verildi

“ADY Express”in yeni saytı istifadəyə verildi

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-nin yeni saytı (www.adyexpress.az) istifadəyə verilib. Yeni sayt müştəri məmnunluğunun təmin olunması istiqamətində sahibkarlara öz biznes fəaliyyətlərini daha səmərəli təşkil etməkdə əlavə üstünlüklər verəcək.

Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən saytda müştəri müraciətləri onlayn formada qəbul edilir. Bundan başqa, yerləşdirilmiş yeni xəritələrdən istifadə etməklə “ADY Express”in yük daşımaları coğrafiyası haqqında geniş məlumat əldə etmək mümkündür. Həmçinin saytın “Karyera’’ bölməsində müntəzəm olaraq işə qəbul elanları və yeni vakansiyalar üzrə məlumatlar yerləşdiriləcək.

Qeyd edək ki, “ADY Express” MMC 2015-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət əsasən yükdaşımalar, vaqon təminatı,  vaqon təmiri, vaqon yuyulması və yükün aşırılma xidmətlərini həyata keçirir. Yeni saytın fəaliyyətə başlaması şirkətin rəqabət qabiliyyətinin artırılmasına, yeni tərəfdaşların qazanılmasına və biznes əlaqələrinin genişləndirilməsinə önəmli töhfə verəcək.