Tez-tez verilən suallar

  • Hansı ekspeditor şirkətlərə müraciət etmək olar?

    Bazarda fəaliyyət göstərən istənilən ekspeditor şirkətinə müraciət etmək mümkündür.

  • Ödəniş mərhələsində hansı faiz ödəniş olunmalıdır?

    Müştəri ilə ekspeditor arasında əldə olunan razılıq əsasında ilkin və digər ödənişlər təyin olunur.

  • Müştəri məktubu hansı rəsmi yollarla sədrə göndərə bilər?

    Müştəri sədrin adına yazdığı məktubu “Azərbaycan Dəmir Yolları” QSC -nin Yük daşımaları departamentinin Yük və kommersiya xidmətinin Planlama bölməsinin elektron poçt ünvanına (sifaris@ady.az) göndərməlidir.

  • Yükün vaqona yerləşdirilməsi üçün müştəri nə etməlidir?

    Yükün vaqona yerləşdirilməsi üçün müştəri və ya nümayəndəsi Yük və kommersiya xidmətinin əməkdaşı tərəfindən müvafiq ədəbiyyat və təlimatlarla tanış edilib daha sonra sorğu-sual edilərək peşə bilik səviyyəsi yoxlanıldıqdan sonra sınaq aktını alır.

  • Malın yüklənməsi zamanı hansı tip xərclər yarana bilər?

    Yükün vaqona yüklənməsi zamanı aşağıdakı xərclər yarana bilər:

    1) Ümumi istifadə yollarında:

    - vahid stansiya yığımı,

    2) Qeyri-ümumi istifadə yollarında:

    - vaqondan istifadə haqqı (özəl vaqonlar istisna olunur)

    - vaqonların stansiyada verilib götürülməsi zamanı yaranan xərclər.

  • QU-22 forması nədir və hansı hallarda doldurulur?

    QU-22 kommersiya aktıdır. Nasaz vaqonda, nasaz plomblarla və ya yolüstü stansiyaların plombları ilə gələn vaqonda, eləcə də itmə, oğurlanma, xərabolma və ya zədələnmə ilə gələn yükün kütləsinin və ya sayının vəziyyətini yoxlayaraq QU-23 formalı akt tərtib edilir. Bunun əsasında yükü yükalana təhvil vermək üçün QU-22 formalı kommersiya aktı tərtib edilir.

  • Yaddaş vərəqəsi nədir?

    Yaddaş vərəqəsi vaqonların növündən asılı olmayaraq ümumi və qeyri-ümumi istifadə yollarında yük əməliyyatlarının aparılması zamanı əmələ gələn stansiya xərclərinin hesablanması üçün yük qəbul-təhvilçisi tərəfindən tərtib olunan sənəddir.

  • Podkod nədir?

    Müştəri ilə ekspeditor şirkəti arasında bağlanmış müqaviləyə əsasən konkret daşıma sifarişi üzrə daşıma haqqının ödənişini təsdiq etmək üçün ekspeditor tərəfindən təsis edilmiş koddur.

     

  • Sifariş nömrəsi nədir?

    Yük daşımaları departamentinin Yük və kommersiya xidmətinin Ekspeditorlarla iş bölməsində istifadə olunan sistem tərəfindən avtomatik olaraq müəyyən edilən nömrədir.

  • Dördrəqəmli kod nədir?

    Müştəriyə yükdaşıma stansiyalarında yük əməliyyatlarının həyata keçirilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ayrılan koddur. Yükgöndərən şirkətinin adının MDB dövlətlərinin Baş Hesablama Mərkəzinin klasifikatoruna yük göndərilməsini və qəbulunu həyata keçirmək məqsədi ilə əlavə olunması üçün istifadə olunur.

  • Maliyyə kodu nədir?

    Müştəri ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında qarşılıqlı hesabatların həyata keçirilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müştəriyə ayrılan koddur.

  • Mesplan nədir?

    Yük göndərilən zaman marşrut üzrə daşımada iştirak edən dəmiryol administrasiyalarının öz əraziləri üzrə yükün hərəkətinə icazə verilməsini təmin edən mərkəzləşdirilmiş və avtomatlaşdırılmış bir sistemdir.

     

  • Sınaq aktı nədir və hansı hallarda tələb olunur?

    Sınaq aktı yükü vaqona yerləşdirilməsi üçün yükgöndərəndən (və ya nümayəndəsindən) tələb olunan sənəddir. Sınaq aktı 1 il müddətinə verilir.

  • Əsas sənədlər hansılardır?

    Əsas sənədlər, yəni SMQS blankları, Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının (DYƏT) beynəlxalq dəmir yolu yükdaşımaları haqqında sazişində göstərilən nəqliyyat sənədləridir.

  • Qoşma sənədlər hansılardır?

    Qoşma sənədlər aidiyyəti qurumlar tərəfindən tələb olunan sənədlərdir. Məsələn, fitosanitar sertifikat, ixrac deklarasiyası, invoys, packing list və s.