Konteynerlər

2017-ci ildə dəmir yolu ilə konteyner daşımalarının həyata keçirilməsi məqsədilə yaradılan “ADY Konteyner” MMC öz fitinq platformalarına və müxtəlif təyinatlı konteynerlərə sahibdir. 

Hazırda şirkətin balansında 753 ədəd konteyner və 200 ədəd fitinq platforması, həmçinin ağırtonnajlı yükqaldırıcılar və avtokarlar mövcuddur.  

Konteynerlərdən 178-i 20 futluq iri həcmli (20ft HC), 230-u 40 futluq iri həcmli (40ft HC), 345-i isə 45 futluq palet ölçülü iri həcmli (45ft HCPW) konteyner növünə aiddir. 

Azərbaycan Dəmir Yollarının  konteyner daşımaları 2021-ci ilin yekunlarına görə 2017-ci illə müqayisədə 12 dəfə artıb.

Məlumatların son yenilənməsi tarixi: 15 aprel 2022-ci il