Tökmə və qalaq yüklər (kömür, filiz, meşə, inşaat, gübrə, taxıl)
Tökmə yüklərin daşınması yüklərin istənilən tərəfdən boşaldılmasına imkan verən örtülü vaqonlarla, platformalarla və müxtəlif növ yarımvaqonlarla həyata keçirilir, bu da xammal və inşaat yükləri üçün əlverişlidir. Taxıl və ya çınqıl daşı kimi tökmə yükləri həmçinin hopper-vaqonlarda da daşımaq olar. Bu növ vaqonların alt hissəsində yükün sürətli boşaldılması üçün nəzərdə tutulmuş xüsusi lüklar mövcuddur.
Maye yüklər (neft, benzin, mazut, mayeləşdirilmiş qazlar, kimya sənayesi məhsulları)
Tezalışan və təhlükəli yüklər də daxil olmaqla maye yüklər sisternlərdə və bunker tipli vaqonlarda daşınır.
Maye yüklərə kimya sənayesinin maye məhsulları, neft məhsulları, mayeləşdirilmiş qazlar və s. aiddir.
Sistern seçimini daşınan yükün xüsusiyyətləri şərtləndirir. Hər bir yük növü üçün xüsusi uyğunlaşdırılmış sisternlər mövcuddur. Bütün daşımalar ciddi təhlükəsizlik standartlarına uyğundur.
Ağır sənayenin hazır və yarımfabrikat məhsulları (boru, rels, metalyayan və s.)
Sənaye müəssisəsinin istehsalat prosesindən asılı olaraq daşınma istənilən vaqon növü ilə həyata keçirilə bilər. Vaqonlar yükləmə-boşaltma, nəqliyyat və texnoloji əməliyyatları səmərəli şəkildə həyata keçirməyə imkan verən xüsusi konstruksiyaya malikdir. Məsələn, dumpkarlar (özüboşaldan vaqonlar) yüklərin mexanikləşdirilmiş üsullarla və vasitələrlə boşaldılmasına və yüklənilməsinə imkan verir.
Böyük çəkisindən əlavə ağır sənaye müəssisələrinin məhsullarının parametrləri çox vaxt nəql üçün əlverişsiz olur. "Azərbaycan Dəmir Yolları" QSC bu cür müəssisələr üçün ixtisaslaşdırılmış nəqliyyat həlləri təmin etmək təcrübəsinə malikdir.
Qabaritli, texnoloji cəhətdən mürəkkəb avadanlıqların daşınması diqqətli bir yanaşma tələb edir. Çox vaxt avadanlıqların uzun məsafələrə daşınması tələb olunur. Bəzən avadanlıqların lazımi yerə çatdırılması yalnız dəmir yolu ilə, bəzən isə bir neçə nəqliyyat növündən istifadə etməklə mümkündür.
Tezkorlanan yüklər
Tezkorlanan qida məhsullarının, ət və ət məhsullarının, dondurulmuş və ya soyudulmuş balıqların daşınması refrijerator vaqonları və refrijerator konteynerləri ilə həyata keçirilir. Dondurulmuş qida məhsullarının dəmir yolu ilə refrijeratorla daşınması mütləq şəkildə sanitar pasportu ilə təmin edilir. Ətin refrijeratorlarla daşınması onun dadının, faydalı elementlərinin və xüsusiyyətlərinin tam qorunmasını təmin edir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin hərəkət heyətində ət, balıq, süd məhsulları, meyvə, tərəvəz, giləmeyvə, göbələk, çörək kimi yüklər daşınmaqdadır.
Təhlükəli yüklər
Təhlükəli yüklər daşınma zamanı insanlar və ətraf mühit üçün təhlükə yaradan, həmçinin maddi zərər verə biləcək məhsullar, materiallar və maddələrdir.
Təhlükəli yüklərə aşağıdakılar aiddir:
- partlayıcı;
- təzyiq altında həll edilmiş, mayeləşdirilmiş və sıxılmış qazlar;
- oksidləşən;
- öz-özünə alışan;
- tezalışan;
- zəhərli;
- yoluxucu;
- radioaktiv;
- aşındırıcı və korroziyalı maddələr.