Konteyner terminalları

Azərbaycan Respublikasında olan bütün konteyner meydançaları “ADY Konteyner” MMC tərəfindən idarə olunur. 
 
Fitinq platformalarına və müxtəlif təyinatlı konteynerlərə sahib olan “ADY Konteyner” MMC Sumqayıtda, Gəncədə, Astarada və Ələtdə yerləşən konteyner meydançalarında öz xidmətlərini göstərir. 

Abşeron konteyner terminalının ümumi sahəsi 65,7 hektar, konteyner sahəsi 2,4 min TEU, qapalı anbar sahəsi 8,1 min kvadrat metr təşkil edir. 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının konteyner terminalının ümumi sahəsi 9 hektar, konteyner sahəsi 1 min TEU, qapalı anbar sahəsi 10 min kvadrat metr təşkil edir.

Sumqayıt şəhərində yerləşən konteyner terminalının ümumi sahəsi 30 hektar, konteyner sahəsi 2,4 min TEU, qapalı anbarın sahəsi isə 10 min kvadrat metr təşkil edir.

Astara  konteyner terminalının ümumi sahəsi 35 hektar, konteyner sahəsi 1 min TEU, qapalı anbar sahəsi 2 min kvadrat metr təşkil edir.