1 Noyabr 2021

ADY İstanbulda beynəlxalq nəqliyyat sərgisində təmsil olunacaq

ADY İstanbulda beynəlxalq nəqliyyat sərgisində təmsil olunacaq

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri “ADY Express” MMC və “ADY Konteyner” MMC “Logitrans 2021” Beynəlxalq Nəqliyyat və Logistika Sərgisində iştirak edəcəklər.

Sərgi 10-12 noyabr 2021-ci il tarixlərində İstanbulda keçiriləcək.

Əməkdaşlıq imkanlarını araşdırmaq və yeni müştərilər cəlb etmək məqsədilə sərgidə təmsil olunan “ADY Express” MMC və “ADY Konteyner” MMC-nin nümayəndələri İstanbul Sərgi Mərkəzinin 10-cu pavilyonunun 107 nömrəli stendində yerləşəcəklər.

Üç gün davam edəcək sərgi müxtəlif ölkələrin nəqliyyat, logistika, yükdaşıma və digər sahələrdə çalışan şirkətlərini bir araya gətirəcək.

Sonuncu dəfə 2019-cu ildə keçirilən “Logitrans” sərgisinə 24 ölkədən 150-dən çox iştirakçı şirkət və 15 mindən çox ziyarətçi qatılıb.