6 İyul 2023

Azərbaycan dəmir yolları ilə ümumi yükdaşıma 7% artıb

Azərbaycan dəmir yolları ilə ümumi yükdaşıma 7% artıb

2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 9 157 703 ton yük daşınıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% artım deməkdir.

Belə ki, dəmir yolları ilə Azərbaycana 6 ay ərzində 2 378 078 ton yük idxal olunub, 1 666 091 ton yük isə ixrac olunub. 

Dəmir yolları ilə ölkə daxilində 1 585 836 ton yük daşınıb. Tranzit yükdaşımaları üzrə göstərici bu ilin 6 ayında 3 527 698 ton təşkil edib.