18 Fevral 2022

Özbəkistandan Türkiyəyə gedən növbəti konteyner blok qatarı Bakı Limanına çatıb

Özbəkistandan Türkiyəyə gedən növbəti konteyner blok qatarı Bakı Limanına çatıb

Özbəkistanın Buxara şəhərindən Türkiyənin Mersin şəhərinə istiqamət götürən 62 konteynerdən ibarət növbəti konteyner blok qatarı Bakı Limanına çatıb. Blok qatar 40 futluq konteynerlərdən ibarətdir. Konteynerlərdə Türkiyəyə kimya sənayesi məhsulları və  gübrə daşınır. Qatar Türkmənbaşı limanından  Bakı limanına  “Mahmud Rəhimov” fider gəmisi vasitəsilə çatdırılıb. Burada konteynerlər aşırılaraq platformalara yüklənəcək, daha sonra isə Bakı-Tbilisi –Qars dəmir yolu xətti ilə Türkiyəyə yola salınacaq.

Layihə  “Asiya və Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu” çərçivəsində həyata keçirilir. Marşrut üzrə yükdaşımaların həcmi 2021-ci ildə 2020-ci ilə nisbətən 101 faiz artıb.