Şərq-Qərb Nəqliyyat Dəhlizi

Şərq-Qərb Nəqliyyat Dəhlizi

Şərq-Qərb Nəqliyyat Dəhlizi

Orta Dəhliz və ya Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi müvafiq Konsorsiumun üzvləri tərəfindən həyata keçirilir.

Bu dəhliz üzrə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 10-12 günə çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Orta Dəhliz vasitəsilə yüklərAvropaya iki istiqamət üzrə nəql edilir. Birinci istiqamət üzrə yüklər Gürcüstanın Poti və Batumi limanlarından keçməklə, digər istiqamət üzrə isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı–Tbilisi–Qars layihəsi Orta Dəhliz vasitəsilə yükdaşıma xərclərini aşağı salaraq tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir.

Bu dəhliz Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə 2014-cü ildə yaradılıb.

İstiqamət
  • Çin Çin

    Şərq-Qərb Dəhlizinin başlandığı əsas ticarət mərkəzi.

  • Qazaxıstan Qazaxıstan

    Asiya ilə Avropanı birləşdirən strateji keçid ölkəsi.

  • Xəzər Dənizi Xəzər Dənizi

    Yük daşımalarının dəniz yolu ilə keçdiyi vacib su hövzəsi.

  • Azərbaycan Azərbaycan

    Bakı–Tbilisi–Qars ilə Asiya və Avropanı bağlayan tranzit ölkəsi.

  • Gürcustan Gürcustan

    Azərbaycanla Türkiyə arasında nəqliyyat körpüsü.

  • Türkiyə / Qara Dəniz Türkiyə / Qara Dəniz

    Avropaya çıxış verən Qara dəniz vasitəsilə əlaqələndirici ölkə.

  • Avropa Avropa

    Dəhlizin son məntəqəsi və daşımalar üçün əsas bazar.

Şərq-Qərb Nəqliyyat Dəhlizi