Şimal-Qərb nəqliyyat dəhlizinin yaradılması Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci ildə istifadəyə verilməsi ilə mümkün olub. Bu dəhlizin formalaşdırılması Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə əsasən Türkiyə və Rusiya arasında artan yükdaşıma əməliyyatlarına hesablanıb. Eyni zamanda, Şimal-Qərb nəqliyyat dəhlizi Rusiyanın istehsal etdiyi kömür və taxıl yüklərinin Azərbaycan üzərindən dəmir yolu ilə Türkiyəyə daşınmasını da təmin edir.
Rusiya bu dəhlizin başlanğıc nöqtəsi olaraq şimaldan gələn yüklərin hərəkətini təmin edir.
Şimaldan gələn yüklərin Cənubi Qafqaza və Türkiyəyə daşınmasında əsas tranzit ölkəsidir.
Gürcüstan Azərbaycan və Türkiyə arasında vacib bir keçid nöqtəsidir.
Dəhlizin qərb istiqamətində Avropa və Yaxın Şərqə çıxışını təmin edən əsas ölkədir.