22 İyun 2022

ADY Batumi ilə Avropanı birləşdirən yeni xidmətə başlayır

ADY Batumi ilə Avropanı birləşdirən yeni xidmətə başlayır

Batumi Limanından Çinlə Avropanı Orta Dəhliz vasitəsilə birləşdirən yeni xidmətə start verilib.

Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) arasında əməkdaşlıq sayəsində mümkün olub.

Layihə çərçivəsində Gürcüstanın Batumi və Rumıniyanın Konstanta limanları arasında fider gəmisi fəaliyyətə başlayacaq. Konteynerləri Batumidən Konstanta limanına və əks istiqamətdə çatdıracaq gəmi ayda 6 reys həyata keçirəcək.

Çin və Avropa arasında yeni dəmir yolu (dəniz əlaqəsi) hazırkı mürəkkəb vəziyyətdə təchizat zəncirinin bütövlüyünü təmin edəcək və Çinlə Avropanı Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə sürətli və səmərəli xidmətlə birləşdirməyə şərait yaradacaq.